Maurinyo qovula bilər: İlk dördlüyə düşməsə

18:39 25 Noyabr 2018

Dünya şöhrətli məşqçi portuqaliyalı Joze Maurinyo İngiltərənin “Mançester Yunayted” futbol klubunda işini itirə bilər. 

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi Maurinyonun qarşısında şərt qoyub. Şərtə əsasən klub sezonun sonunda  Premyer Liqada ilk dördlüyə daxil olmalıdır. Əks halda Maurinyo baş məşqçi vəzifəsindən çıxarılacaq. Hətta “qırmızı şeytanlar” Maurinyonun yerinə baş məşqçi də tapıb. Bu, “Tottenhem” klubun baş məşçqisi Maurisio Poçetinodur.  

 

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın bu sezonuna uğursuz başlayıb. 12 turdan sonra  20 xal toplamış klub 8-ci yerdədir. 55 yaşlı mütəxəssis 2016-cı ildən “MY”ının sükanı arxasındadır. Müqaviləyə əsasən 2020-ci ilə qədər kluba rəhbərlik etməlidir.


Digər xəbərlər

Xəbər xətti