Rauf Cabbarov "Neftçi"yə belə kömək etdi - VİDEO

20:08 25 Noyabr 2018

Topaz Premyer Liqasının XII turu çərçivəsində “Bayıl Arena”da keçirilən “Səbail” – “Neftçi” görüşündə biabırçı hakim səhvi qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, bu, qarşılaşmanın 53-cü dəqiqəsində “Səbail”in müdafiəçisi Maudo Jarjuenin əlinə top dəyməsə də, baş hakim Rauf Cabbarov qonaqların lehinə penalti qərarı verib. Qvineyalı futbolçunun əli açıq olsa da, top ələ dəyməyib. Lakin Cabbarov israrla penalti qərarını dəyişməyib. "Səbail"li futbolçuların da etirazları da faydasız olub. Ağ nöqtəyə yaxınlaşan “Neftçi”nin kapitanı Emin Mahmudov ikinci qolu vurub.

 

Qeyd edək ki, Rauf Cabbarov FİFA dərəcəli hakimlərin siyahısına namizəd referilərdəndir.

 


Xəbər xətti