Aftandil Hacıyev: "Rauf özü də penalti təyin etməkdə qərarsız qalmışdı"

20:40 25 Noyabr 2018

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının XII turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis məğlubiyyəti şərh edib:

 

- İlk hissədə sürətli oyunun şahidi olduq. Hər iki komanda aktiv idi. Ən azından 4-5 qol epizodu yaratdıq, ancaq ani səhvlərdən qol buraxdıq. İkinci hissədə daha aktiv olmalı idik. Lakin ikinci hissə başlayan kimi qapımıza penalti təyin olundu. Rəqib hesabı artırandan sonra futbolçularım həvəsdən düşdülər. Rəqibi təbrik edirəm.

 

- Hakim idarəçiliyi sizi razı saldı?

- Futbolçularımdan razı qaldım. Xeyli qol epizodumuz oldu. Hakimlər barədə isti-isti danışmaq istəmirəm. Rauf özü də penalti təyin etməkdə qərarsız qalmışdı. Hakimlər də, biz də oyunu təhlil edəcəyik.

 

- Yan xətt hakimi penalti epizodu zamanı baş hakim Rauf Cabbarovu dəfələrlə çağırsa da, buna məhəl qoymadı. Bu barədə nə demək istəyirsiniz?

- Bu haqda mənə də məlumat verdilər. Olduqca diqqətli olmaq lazımdır. Çünki futbolçular meydanda əziyyət çəkirlər.  Səhvlərdən qaçmaq olmur. İsti-isti danışmaq istəmirəm. Lakin səhvlər az olsa, daha yaxşı olar.   

 

- Niyə müdafiəçiləriniz bərbad çıxış etdilər?

- İlk yarıda elə bir səhvimiz olmadı. Sadəcə, ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissənin əvvəlində buraxdığımız qol motivasiyaya təsir etdi. 

 

- Zədəlilərinizin son durumu necədir?

- Hər oyuna itkilərlə çıxış edirik. Təbiidən süniyə, sünidən təbii ot örtüyünə keçmək çətindir. Ağabala Ramazanov sağalmışdı. Məşqə başlayan kimi yenidən zədələndi. Vüqar Bəybalayev və Edqar Paçeko da eyni səbəbdən oynaya bilmir. Bu gün isə qırmızı vərəqə alan Tome Kitanovski bura əlavə olundu. 


Xəbər xətti