Ayxan Abbasov: "Riad Rəfiyev heç vaxt deməz ki, bu futbolçunu oynat"

22:08 25 Noyabr 2018

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz PremyerLiqasının XII turunda "Zirə"yə səfərdə 1:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, "Dalğa Arena"da jurnalistlər qarşısına çıxan gənc mütəxəssis öncə yeni klubunda debüt oyunu haqda danışıb.

 

- Əlbəttə, bu oyuna çox ciddi hazırlaşmışdıq. Futboçuların meydanda əzmkarlığı görünürdü. Rəqibi təhlil etmişdik. Paltardəyişmə otağında futboçulara dedim ki, 65 dəqiqə oynadıq, son 25 dəqiqə istədiyimizi yerinə yetirə bilmədik. Qələbə istəyiriksə, 90 dəqiqə dözmək lazımdı. Futbolçuların əzmkarlığı, istəyi xoşuma gəldi. Cərimə zərbəsindən buraxdığımız 2-ci qol planlarımızı pozdu. Qış fasiləsinədək maksimum nəticə qazanmağa çalışacağıq.

 

- "Sumqayıt" bu mövsüm ilk dəfə oyuna nominal hücumçusuz çıxmışdı. Bu, nəylə bağlı idi?

- Belə sistemdə görünə bilər ki, hücumçumuz yox idi. Bu gün Aleksey İsayevi hücumda da istifadə edirdik. İnanıram ki, orda da çıxış edə bilər. 

 

- 65-ci dəqiqədən sonra oynaya bilməməyimiz fiziki hazırlıqsızla bağlı idi?

- Əli Babayev zədə üzündən meydandan çıxandan sonra pressinq azaldı. İndi durub yeni baş məşqçi kimi fiziki hazırlıqdan danışmağım düzgün olmazdı. İstədiyim futbolu özüm hazırlamalıyam. Qış fasiləsində yeni futbolçularımız da olacaq, komandanı hazırlayandan sonra tələblərimizi edəcəyik. 

 

- Belə iddialar var ki, klub prezidentiniz Riad Rəfiyev Xəyal Nəcəfovu keçmiş baş məşqçiniz Nazim Süleymanovdan oynatmağ xahiş etmişdi. Bu gün Xəyal 90 dəqiqə oynadı. Sizdən də bu istək olub?

- Bilmirəm məndən əvvəl nə olub. Klub prezidentinin öz işi var, mənim öz işim. Riad müəllim neçə illərdi futboldadı. Xəyal bu gün göstərdi ki, normal futbol oynaya bilər. Çalışacaqsa, yenə oynayacaq. Heç vaxt Riad müəllim deməz ki, bu futbolçunu oynat. Xarakterim elədi ki, heyətlə bağlı özüm qərar verirəm. "Sumqayıt"da belə şeylə rastlaşmamışam. Bizim də səhvlər ola bilər. İşim rəhbərliyə görülən işlə bağlı məruzə etməkdi. 


Digər xəbərlər

Xəbər xətti