Samir Abasov: "Arzunuz, niyyətiniz özünüzdə qalsın"

22:16 25 Noyabr 2018

"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XII turunda "Sumqayıt"a evdə 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə "Dalğa Arena"dakı qarşılaşmanı dəyərləndirib.

 

- İlk hissədə rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu, bizə bəraət qazandırmır. Futbolçularımız bir az panikaya düşdülər, oyunumuzdan qopduq. Ancaq ikinci hissədə qol vurmağı göstərdik. Bir komandada baş məşqçi dəyişikliyi varsa, 90 faiz müsbət olur. Futbolçularda canlanma yaranır. "Sumqayıt"da da bu olmuşdu və bizə sərf etmirdi. Nəticəsini ilk hissədə gördük. Ancaq bunun altından çıxa bildik. Futboçularıma dedim ki, ilk hissəni yaddan çıxarın, bu haqda daha danışmayacağıq. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq.

 

- İlk hissədə siz də sakit idiniz. Bəlkə də komanda ona görə oynamırdı. Ancaq fasilədə tam fərqli mənzərə oldu, komanda oynadı və qalib gəldi...

- İlk hissə mənə şok idi. Çünki bütün komanda olaraq oyundan qopmaq, bir az anarxiya vardı. Özüm də tərəddüd içərisində idim ki, kimə nə deyim. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə bəzi nəzarəti ələ ala bildik. Bu fasilələrlə bizə uğur gətirdi.

 

- Deyəsən, məşqlərdə etdikləriniz bu gün alındı. Xüsusilə Bilal Hamdinin cinah ötürmələri...

- Dünən məşqdə bunun üzərində işləmişdik. Futbolçular tapşırıqlarımızı etdilər, ancaq ilk hissədə bunun edə bilmədilər. Fasiləyədək meydanda 6 yarımmüdafiəçi vardı. Onlardan oynayan rəqibdən Aleksey İsayev idi. Ancaq ikinci hissədə fikirləşdim ki, nəsə dəyişər. Kamal Mirzəyev təmiz oyundan çıxmışdı. Məcbur olduq əvəzləməyə əl ataq.

 

- Köməkçiləriniz bir-bir qovulur. Ötən tur Vəfadar Quliyev, bu dəfə Seymur Rəhimov. Belə gedişlə növbəti turda sizin növbəniz olacaq... 

- Vəfadar Quliyev də keçən dəfə heç nədən, gözlənilmədən qovuldu.

 

- Bəlkə köməkçiləriniz sizi qoruyur? Çünki adətən sizin aqressiv həərəkətə görə "texniki zona"dan qovulmağınızı görmüşük...

- Siz artıq qarğış edirsiniz mənə. Arzunuz, niyyətiniz özünüzdə qalsın. Olur belə şeylər. Bu da futbola bir gözəllik qatır. 

 


Digər xəbərlər

Xəbər xətti