"Qarabağ" - "Sportinq" oyununun hakimləri açıqlandı

14:21 26 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyununun baş hakimi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, matçı Çexiya Futbol Federasiyasından Petr Ardeleanu idarə edəcək.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-u saat 21:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti