Səbuhi Bayramovun Premyer Liqada debütü

15:43 26 Noyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu Səbuhi Bayramovun baş hakim kimi debütü ilə diqqət çəkib.

 

Sportarena.az xəbər verir ki, gənc referi “Dalğa Arena”da keçirilən “Zirə” - “Sumqayıt” matçını (3:1) idarə edib. O, cari mövsüm Premyer Liqa oyunlarında baş hakim kimi meydana çıxan 10-cu ədalət təmsilçisi olub. Bayramov ölkə çempionatları tarixinə 98-ci baş hakim kimi düşüb.

 

Referi debüt matçında rəqiblərə eyni sayda - hərəsinə 2 sarı vərəqə göstərib.


Xəbər xətti