“Neftçi”də 11 ilin ən yaxşı göstəricisi

16:02 26 Noyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qol seriyasını 20-yə çatdırıb.

 

Sportarena.az xəbər verir ki, 12-ci turda “Səbail”ə qalib gələn “ağ-qaralar” ardıcıl 20 matçdır meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümdə, martın 14-də “Qarabağ”la ev görüşündə qol vura bilməmişdi - 0:0.

 

Ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən “Neftçi” 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb. Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidir.


Digər xəbərlər

Xəbər xətti