Samir Abasov 10-a çatdı

22:41 26 Noyabr 2018

Azərbaycan Premyer Liqasının 12-ci turu “Zirə”nin baş məşqçisi Samir Abasovun bu postda yubiley - 10-cu matçı olub.


Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar” “Sumqayıt”la ev oyununda 3 xalı 3 qolla qazanıb - 3:1. “Zirə” Abasovun rəhbərliyi altında 2-ci qələbəsini qazanıb. Hesabında 2 heç-heçə və 6 məğlubiyyət olan mütəxəssisin yetirmələri 10 qol vurub, 12-ni buraxıb. “Zirə” həm baş məşqçisinin rəhbərliyi altında, həm də mövsümdə ilk dəfə 3 qol vurub və minimum 2 top fərqilə qalib gəlib. “Qartallar” Premyer Liqada sonuncu dəfə ötən mövsümün 8-ci turunda belə qələbə qazanmışdı. 2017-ci il oktyabrın 14-də “qartallar” öz meydanında “Kəpəz”i 3:0 hesabı ilə yenmişdi.

 

Bundan sonra Premyer Liqada keçirilən 31 qarşılaşmada 1-dən artıq top fərqilə qalib gəlməyən “Zirə” 2-dən çox qol vurmamışdı. Azərbaycan kubokunu da nəzərə alsaq, “qartallar” 2017-ci il noyabrın 29-da “Xəzər”i də 3:0 hesabı ilə məğlub etmişdi.


Digər xəbərlər

Xəbər xətti