Dadaşovun komandası 3 qolla qalib gəldi

10:35 27 Noyabr 2018

Futbol üzrə Almaniya 3-cü Liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası doğma meydanda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 3:0. Rüfət də bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.

 

Dadaşovun komandası 16 turdan sonra 29 xalla 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti