Nəbiyevli “Slaviya” doğma meydanda qalib gəldi

11:18 27 Noyabr 2018

Çexiyanın futbol üzrə gənclər liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Slovan”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2. Nəbiyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

 

“Slaviya”nın U-21 komandası hazırda 17 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti