"Sportinq" onu Bakıya gətirməyəcək

11:37 27 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq”in qapıçısı Emiliano Viviano Bakıdakı matçı buraxa bilər.

 

Sportarena.az xəbər verir ki, Lissabon təmsilçisinin yüngül zədəsi olan qolkiperi paytaxtımıza gətirməyəcəyi gözlənilir. Ancaq komandanın baş məşqçisi Marsel Keyzerin bu qərarı təkcə italiyalı qolkiperin zədəli olması ilə bağlı deyil. Ümumiyyətlə, 32 yaşlı qolkiper hollandiyalı mütəxəssisin planlarına daxil deyil və onun qış fasiləsində komandadan gedə biləcəyi söylənilir. Təcrübəli qapıçı ilə İtaliya A Seriyası təmsilçisi SPAL yaxından maraqlanır.

 

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti