“İlin ən yaxşısı məşqçiləri” - Pep ilk “beşliy”ə düşmədi - SİYAHI

13:19 27 Noyabr 2018

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Birliyi “İlin ən yaxşı məşqçisi” nominasiyası üzrə 5 namizədi müəyyənləşdirib. 


Sportarena.az xəbər verir ki, bunlar “Real” Madrid klubunun sabiq baş məşqçisi Zinəddin Zidan, Fransa yığmasının çalışdırıcısı Didye Deşam, “Liverpul”un baş məşqçisi Yurgen Klopp, İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Maksimiliano Alleqri və “Atletiko” Madrid klubunun çalışdırıcısı Dieqo Simeonedir. Maraqlıdır ki, İngiltərə Premyer Liqasında yaxşı nəticə qazanmış “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın adı ilk beşliyə düşməyib. Qalib dekabrın 3-də BƏƏ-nin paytaxtı Dubayda müəyyənləşəcək. 

 

“İlin ən yaxşı futbolçusu” nominasiyası üzrə siyahıda portuqaliyalı Kriştianu Ronaldonun adı var. “Barsa”nın argentinalı ulduzu Leonel Messi “üçlüyə” daxil edilməyib.


Xəbər xətti