"Səbail"in kapitanına 4 oyunluq cəza

14:43 27 Noyabr 2018

AFFA İntizam Komitəsi "Səbail"in kapitanı Elton Yaqubluya ağır cəza verib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bununla bağlı qərar İK-in bugün keçirilən iclasında qəbul olunub.

 

Qərarda bildirilib ki, Topaz Premyer Liqasının 12-ci turunun “Səbail” – “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahibi klubun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.


Xəbər xətti