"Azerreyl"in avrokubok üçün - HEYƏTİ

16:24 27 Noyabr 2018

Voleybol üzrə qadınlar arasında "Challenge Cup" turnirində mübarizə aparan Bakının "Azərreyl" klubu sabahj ilk oyununa çıxacaq. 

 

Sportarena.az xəbər verir ki, turnirin 1/16 final mərhələsində Belçikanın "Hermes" klubu ilə qarşılaşacaq komandamız birinci oyunu səfərdə keçirəcək. Gənc mütəxəssis Famil Ağayevin baş məşqçiliyi ilə meydana çıxacaq "Azərreyl"in heyəti də bəlli olub. Əvvəlki illərlə müqayisədə komandamız mövsümə zəif heyətlə başlayır.

 

Qeyd edək ki,  komandamız cavab oyununu da Belçikada keçiriəcək. Həmin oyun noyabrın 29-da baş tutacaq. Klubun rəsmi saytında yerləşdirilmiş məlumata görə, Belçika kuboku dekabrda baş tutacağı üçün hər iki görüş səfərdə keçiriləcək.

 

"Challenge Cup"da mübarizə aparan "Azərreyl"in heyəti

 

Hücumçular: Nelli Salbişvili, Nərminə Musayeva, Leysan Lyovkina, Nurhan Kazımova

Toppaylayıcılar: Yana Əzimova, Səmra Qafarova

Blokçular: Kseniya Pavlenko, Maryia Kıryliuk

Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Leyla Parşkova

Baş Məşqçi: Famil Ağayev


Xəbər xətti