“Qəbələ”dən 8 qolluq qələbə

17:48 27 Noyabr 2018

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. 


Sportarena.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi liqalarda baş tutan qarşılaşmalarda sözügedən klubun təmsilçiləri 8 qələbə qazanıb, 1 heç-heçə edib. Yeganə məğlubiyyət isə klubun öz komandaları arasındakı görüşdə qeydə alınıb. “Neftçi” İK ilə U-17 Liqasının matçında “Qəbələ” 3:1 hesablı ev qələbəsi qazanıb. U-16 Liqasında eyni klubun qonağı olan “qırmızı-qaralar” 5 cavabsız qolla qalib gəlib. U-15 Liqasında “Qəbələ” öz meydanında “Neftçi” PFK ilə heç-heçə edib – 0:0. U-14 Liqasının paytaxt zonasında “Xəzri” ilə görüşən “qırmızı-qaralar” 8:0 hesablı qələbə ilə aktivinə 3 xal yazıb. U-13 Liqasının eyni zonasında isə komandamız “Məqsəd Kursları”nın qapısından 7 cavabsız qol keçirib.


U-12 Liqasında “Qəbələ” UGİM-ə (Ağdaş) 10:0, UGİM “Qəbələ” isə UGİM-ə (İsmayıllı) 2:0 hesabı ilə qalib gəlib. U-11 Liqasında “qırmızı-qaralar” UGİM-i (İsmayıllı) 6 cavabsız qolla məğlub edib. U-10 Liqasında mübarizə aparan “Qəbələ” və UGİM “Qəbələ” arasında dueldə birincilər 2 cavabsız qolla qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti