Azərbaycanda futbolçular nə qədər qazanır? - SİYAHI AÇIQLANDI

19:40 27 Noyabr 2018

Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əmək haqqının məbləği açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Globalsportssalaries.com saytında futbolçulara ən çox maaş verilən 68 ölkənin statistikası açıqlanıb. 

Azərbaycan bu göstəricidə 40-cı yerdə qərarlaşıb. Belə ki, Azərbaycan Premyer Liqasında futbolçuların orta illik maaşı 61 293 dollardır (52 638 avro). Azərbaycan MDB ölkələri arasında isə IV sıradadır. Yalnız Rusiya, Ukrayna və Qazaxıstan Premyer Liqalarında Azərbaycandan çox maaş verirlər.


Digər xəbərlər

Xəbər xətti