12-ci turun rəmzi komandası açıqlandı

14:00 28 Noyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun rəmzi komandası məlum olub.


Sportarena.az xəbər verir ki, rəzmi komandada ən çox futbolçu ilə rəmsil olunan “Qəbələ”di. “Qırmızı-qaralar” son turda səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etmişdi:


Qapıçı: Səlahət Ağayev (“Neftçi”) - 6;


Müdafiəçilər: Təmkin Xəlilzadə (“Qəbələ”) - 3, Voyislav Stankoviç (“Qəbələ”) - 2; Yakub Jezniçak (“Qarabağ”) - 3, Abbas Hüseynov (“Qarabağ”) - 4;


Yarımmüdafiəçilər: Ceyms Adeniyi (“Qəbələ”) - 4; Emin Mahmudov (“Neftçi”) - 3; İlkin Muradov (“Zirə”); Bilal Həmdi (“Zirə”) - 2;


Hücumçular: Cavid İmamverdiyev (“Sabah”) - 2; Stiven Monroz (“Qəbələ”) - 3.


Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.


Xəbər xətti