"Qəbələ"nin hazırlıq planı məlum oldu

16:25 28 Noyabr 2018

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" yanvarın 6-də çempionatın ikinci yarısının hazırlıqlarına başlayacaq.  "Qələlə" 6 gün ölkə daxilində hazırlıq keçəcək. Komandanın Qəbələdə və ya Bakıda hazırlaşması hava şəraitindən aslı olacaq. "Qırmızı-qaralar" yanvarın 12-də Türkiyəyə yollanacaq və Antalyadakı "Trendy Lara” otelində məskunlaşacaq. "Qəbələ" 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 16-sı, 20-si, 24-ü və 26-sında baş tutacaq qarşılaşmadakı rəqiblər hələ bəlli deyil.

 

Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti