"Bacım homosekualdır, mən də siqaret çəkirəm..." - Məşhur futbolçu

Sportarena.az      28 Noyabr 2018, 18:28

İtaliya "İnter"inin və Belçika millisinin üzvü Radya Naynqqolan spirtli içki və siqaret alışqanlıqları ilə bağlı səmimi etiraflar edib.

 

Sportarena.az xəbər verir ki, danışan hind əsilli futbolçu futbolçuların siqaret çəkməsinin normal olduğunu bildirib: "Mən sadəcə normal bir insanam. Məni "pis adam" kimi qələmə vermələrini istəmrəm. Bəzi tənqidlərə hörmət edirəm, amma sırf belə dedilər deyə belə biri deyiləm. Marketdən alış-veriş edərkən siqaret və içki ala bilərəm. Futbolçular da içki içə, siqaret çəkə bilər".

 

Belçikanın Antverp şəhərində dul bir ananın uşağı olaraq böyüdüyünü və çox çətinliklər çəkdiyini bildirən 30 yaşlı yarımmüdafiəçi "2005-ci ildə "Pyaçenza"ya transfer olunan zaman ayda 1000 avro qazanmağa başladım. Bundan sonra ailəmizin vəziyyəti sabitləşdi. Bütün ailə üçün rahat həyat qurmaq mənim üçün əsas hədəf idi. Anamdan ilham alıram. Hələ də həyatımdakı ən önəmli insandı. Mənim üçün çox fədakarlıqlar edib. Əkiz bir bacım var. Homoseksualdı. O belə xoşbəxtdisə, mənim üçün problem deyil" deyə qeyd edib. 

 

Qeyd edək ki, Naynqqolan bu yay "Roma"dan "İnter"ə 38 milyon avroya transfer olunub. 2009-2018-ci illərdə Belçika millisində çıxış edən futbolçu 30 oyunda 6 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin