"Səbail"in kapitanı dostunun xoş günündə avtoşluq etdi - FOTOLAR +VİDEO

19:24 28 Noyabr 2018

“Səbail”in uzun müddətdi zədəli olan kapitanı Eltun Yaqublu yaşıl meydandan kənarda qalsa da, gündəmdən düşmür.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi bu dəfə avtoşluq etməklə gündəmə gəlib.Komanda yoldaşı Ağabala Ramazanovun toyundan sonra Yaqublu dostunun xoş gününü avtoşluqla qeyd edib.

 

Yeri gəlmişkən, AFFA İntizam Komitəsi dünən keçirilən iclasında “Səbail”in kapitanını cəzalandırdı. Premyer Liqanın 12-ci turunun “Səbail” - “Neftçi” matçı başa çatdıqdan sonra bu müdafiəçi hakimi təhqir edib. Elə bu səbəbdən ona 4 oyun cəza, kluba 3200 manat cərimə kəsilib.

 

 



Digər xəbərlər

Xəbər xətti