Millimiz Ermənistana qalib gəldi

12:40 29 Noyabr 2018

Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Urmiya şəhərində keçirilən "Martyrs Cup" turnirində Ermənistan yığmasına qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, bu, gənc güləşçilər arasında təşkil olunan yarışın qrup mərhələsinin son görüşünə təsadüf edib. Məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığma qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb.

 

Görüş 5:5 hesabı ilə başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə yerli komanda qələbə qazanıb. Milli bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabıyla qalib gələn Azərbaycan pəhləvanları 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Yığma son görüşdə İranın daha bir komandası ilə üz-üzə gəlib. İki güləşçinin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6. Beləliklə, milli Urmiyada 4-cü yeri tutub. 


Xəbər xətti