Rüfət Dadaşov 2018-ci ili erkən başa vurdu

13:20 29 Noyabr 2018

“Proyysen”in və milli komandamızın hücumçusu Rüfət Dadaşov Bundesliqa III liqasının son turunda “Braunşveiq”lə qarşı keçirilən görüşdə zədələnib.

 

Sportarena.az xəbər verir ki, matçın 70-ci dəqiqəsində meydana çıxan oyunçunun əzələsində problem olub və məcburi əvəzlənib. Oyundan sonra “Proyysen” klubunun baş məşqçisi Marko Antverpen Rüfətin zədəsinin ciddi olduğunu və bu ilin sonuna qədər meydana çıxa bilməyəcəyini açıqlayıb.

 

Almaniya mətbuatı Rüfətin zədələnməsini son iki ayda çox oyun keçirməsi ilə əlaqələndirib.  Dadaşovun oktyabr və noyabr aylarında klubu ilə yanaşı, Azərbaycan millisinin heyətində də iştirak etməsi onun əzələ yorğunluğuna səbəb olub.


Digər xəbərlər

Xəbər xətti