Səbinə Əzimova: “Rəqiblərimi asanlıqla məğlub edə bildim” - VİDEO

15:24 29 Noyabr 2018

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb.

 

Sportarena.az xəbər verir ki, yarışda  körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. 18 yaşlı atlet toplam 172 kq (75+97) nəticə və 253.22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. Azərbaycan kubokunun qalibi adını qazanan ağır atlet yarışdan sonra fikirlərini AAAF TV ilə bölüşüb.

 

“Bu cür mötəbər yarışda iştirak etmək çox yaxşıdır. Kuboka hazırlığım çox ciddi keçmişdi. Yarışda isə rəqiblərimi asanlıqla məğlub edə bildim. Qarşıda Qətərdə baş tutacaq turnir var. Orada da yaxşı çıxış edib qızıl medal qazanmaq istəyirəm”. 


Digər xəbərlər

Xəbər xətti