Millimiz FIFA-nın reytinqində neçənci yerdədir?

15:45 29 Noyabr 2018

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Millətlər Liqasında Farer adalarını 2:0 udub, Kosovoya 0:4 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1206 xalla 107-ci yerdədir. Yığmamız bir xal itirib

 

Qeyd edək ki, siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.


Xəbər xətti