Derbini Cüneyt Çakır idarə edəcək

21:00 29 Noyabr 2018

Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, İstanbul derbisini idarə edəcək hakimlər briqadası müəyyənləşib. Əzəli rəqiblərin bu dəfəki duelinin baş hakimi Cüneyt Çakır olacaq. Ona yan xətt hakimləri Tarık Ongun və Bahattin Duran kömək edəcək. 4-cü hakim funksiyasını isə Koray Gençerler yerinə yetirəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 2 dekabr tarixində Bakı vaxtilə saat 22:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti