"Səbail”in qış hazırlıq planı müəyyənləşib

12:41 30 Noyabr 2018

“Səbail”in qış hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqada çıxış edən “dənizçilər” təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar. Laradakı “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi gələn il yanvarın 12-dən 25-dək nəzərdə tutulub. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Matçların tarixi və rəqiblər hələ dəqiqləşməyib.

 

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti