"Sumqayıt" qalib gəldi, "Səbail" və "Zirə" uduzdu

17:54 30 Noyabr 2018

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.

 

Ötən mövsümü Premyer Liqada keçirmiş "Kəpəz" "Səbail-2" ilə görüşdə 3 xalı 1 qolla əldə edib.

 

İlk hissədə iki oyunçusu meydandan qovulan MOİK isə "Zaqatala" səfərindən 1 xalla qayıtmağı bacarıb. 

 

Birinci Divizion

12-ci tur

30 noyabr

 

Zaqatala - MOİK 0:0

Qırmızı vərəqə: İsmalyıl Muradov, 30. Orxan Həsənov, 33 (hər ikisi MOİK).

Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Əli Cəbrayılov, Səbuhi Bayramov.

Zaqatala şəhər stadionu.

 

Kəpəz - Səbail-2 1:0

Qol: Ziyabi Məmmədov, 16.

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Teymur Teymurov, Vüsal Əliyev.

Gəncə şəhər stadionu.

 

Turan Tovuz - Sumqayıt-2 0:2

Qol: Baxşəli Baxşəliyev, 25. Tural Bayramlı, 90+2.

Hakimlər: Rəşad Əhmədov, Hüseyn Əsgərov, Samir Hacıyev, Kərim Kərimov.

Tovuz şəhər stadionu.

 

Zirə-2 - Şüvəlan 1:2

Qol: Tapdıq Əhmədov, 42+2-pen - Əzəmət Əlkəbərli, 30. Rəhman Musayev, 71.

Hakimlər: Nicat İsmayıllı, Knyaz Əmiraslanov, Müslüm Əliyev, Rəvan Həmzəzadə

“AZAL Arena”.

Turun digər oyunları: Keşlə-2 - Neftçi-2 3:1, Qaradağ Lökbatan - Qarabağ-2 1:0, Sabah-2 - Ağsu 4:0.


Digər xəbərlər

Xəbər xətti