"Sportinq"in futbolçusu: "Qətiyyən arxayınlaşmaq olmazdı"

19:40 30 Noyabr 2018

“Asan oyun və asan qələbə olmur.  Bunun üçün 90 dəqiqə eyni tempi saxlamalı və sona qədər oynamalısan. Necə ki, “Qarabağ”la qarşılaşmada hətim istəyin və əzmkarlığın sayəsində lazım olan qələbəni əldə etdik”.

 

Sportarena.az saytının məlumatına görə, bu sözləri “Sportinq”in futbolçusu Nemanya Qudel Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Qarabağ” üzərində qazandıqları qələbəni dəyərləndirərkən deyib. O, ilk hissədən 3 qol vursalar da, arxayınlaşmadıqlarını və ikinci hissəyə heç nə olmamış kimi çıxdıqlarını bildirib: “Topa nəzarət etməklə istədiyimiz kimi oynamağı bacardıq. Rəqib hesabı bərabərləşdirsə də, oyundan qopmadıq və fasiləyə qədər daha iki qol vurub oyunun taleyini böyük ölçüdə həll etdik. Fasilədə qətiyyən arxayınlaşmaq olmazdı. Bu, bizə baha başa gələ bilərdi. Ona görə də meydana heç nə olmayıbmış kimi çıxıb daha üç qola imza atdıq”.

 

Serbiya milli komandasının 27 yaşlı futbolçusu Avropa Liqasının finalı haqda düşünməyin erkən olduğunu sözlərinə əlavə edib: “Final oyunu barədə düşünmək üçün çox tezdir.  Yaxşı komandayıq və böyük uğurlar qazana biləcəyimiz oyun sərgiləyirik”.


Digər xəbərlər

Xəbər xətti