"Neftçi" "Sabah"a, "Sumqayıt" "Səbail"ə qalib gəldi- YENİLƏNİB

21:06 1 Dekabr 2018

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Çempionatın debütantı "Sabah” öz meydanında lider “Neftçi”ni qəbul edəcək. Elşad Əhmədovun komandası üç matçlıq qələbə həsrətinə son qoymağa çalışacaq. "Neftçi" isə ili zirvədə başa vurmaq üçün ən azı heç-heçə etməlidir.

 

Mövsümdə ilk dəfə ev oyununu Sumqayıtda keçirəcək eyniadlı komanda isə “Səbail”i qəbul edəcək.

 

Qeyd edək ki, tura "Qəbələ” – “Zirə” (2 dekabr) və "Qarabağ” – “Keşlə” (3 dekabr) oyunları ilə yekun vurulacaq.

 

Topaz Premyer Liqası
13-cü  tur
1 dekabr (şənbə )

 

16:30. "Sabah” – “Neftçi” 1:2

Qol: Anton Krivotsyuk, 21, Mirabdulla Abbasov, 39, Marko Deviç, 76 (pen)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir yusifov, Ramil Əhmədov
“Əlincə Arena"
 
 

19:00. “Sumqayıt” – “Səbail” 1:0
Qol: Atilla Yıldırım, 60

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Kapital Bank Arena"


Xəbər xətti