Nazarov oynadı, komandası xal itirdi

11:19 1 Dekabr 2018

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilir.


Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Yan Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Dmitri 26-cı dəqiqədə sarı vərəqə də alıb.


“Ersgebirge” hazırda 15 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti