"Qarabağ"ın rəqibi "Tottenhem"ə qalib gəldi - VİDEO

10:56 3 Dekabr 2018

İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, "Arsenal" evdə "Tottenhem"i qəbul edib. London derbisində meydan sahibləri 4:2 hesablı qələbə qazanıb.

 

Premyer Liqada turnir cədvəlinə 38 xalı olan "Mançester Siti" başçılıq edir. "Liverpul" 36 xalla 2-ci yerdə qərarlaşıb. "Çelsi" 31 xalla 3-cüdü. "Arsenal" və "Tottenhem" 30 xalla 4-5-ci yerləri bölüşürlər.

 

"Arsenal" 4-2 "Tottenhem"

Qollar: Pyer-Emerik Obameyanq, 10 (pen.), 56, Aleksandr Lyakazett, 75, Lukas Torrera, 77  - Erik Dayer, 30, Harri Keyn, 34 (pen.).

 


Digər xəbərlər

Xəbər xətti