İsrafilovun komandası səfərdə uduzdu

12:00 3 Dekabr 2018

Futbol üzrə İspaniya Sequndasında 16-cı turun oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Albasete” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 1:2. İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Bundan cəmi 5 dəqiqə öncə isə İsrafilov sarı vərəqə ilə cəzalanıb.


Hazırda 33 xala malik “Alkorkon” 22 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti