Millətlər Liqasının püşkü atılır

15:45 3 Dekabr 2018

Bu gün Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma mərasimi keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində təşkil ediləcək mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Portuqaliya, Hollandiya, İngiltərə və İsveçrənin iştirak edəcəyi püşkdə yarımfinal cütləri müəyyənləşəcək.

 

Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Dördlər finalı”nın yarımfinalları 2019-cu il iyunun 5-6-da, final və 3-cülük görüşü isə iyunun 9-da olacaq.


Digər xəbərlər

Xəbər xətti