Marek Hamşik: "Azərbaycan çətin rəqib deyil"

16:30 3 Dekabr 2018

“Qrupumuzda Xorvatiya kimi çətin rəqib var.  Onlar favoritdirlər.  Dünya çempionatının gümüş mükafatçılarıdır".

 

Sportal.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik  Avro-2020-nin püşkatmasını dəyərləndirərkən deyib. 31 yaşlı yarımmüdafiəçi Slovakiya mətbuatına açıqlamasında yığmamızı asan rəqib adlandırıb: “Fransada keçirilən Avropa çempionatında Uelslə başabaş mübarizə aparsaq da, bu komanda çox arzuolunmaz rəqibdir. Uelsin baş məşqçisi Rayan Giqqz rəqiblər üçün xoşagəlməz futbol oynadır. Maraqlıdır ki,  indiyə qədər Macarıstana qarşı oynamamaışam. Qonşularımızla matçları səbirsizliklə gözləyirəm. Çünki onların yaxşı azarkeşləri var. Çoxsaylı fanatlar onları həm evdə, həm də səfərdə dəstəkləyirlər. Macarıstana qarşı iki maraqlı oyun keçirəcəyik". 

 

"Napoli"nin üzvü Azərbaycanla oyunda 6 xal qazanmalı olduqlarını bildirib: "Azərbaycan isə çətin rəqib deyil. Ancaq onları qiymətləndirməyə bilmərik. Düzdür, altı xal almalı olduğumuz rəqibdir, lakin qeyd etdiyim kimi,  Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”.


Digər xəbərlər

Xəbər xətti