Samir Abasov: "İkinci sarı vərəqəylə razı deyiləm"

Sportarena.az      3 Dekabr 2018, 14:33

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçından sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qolsuz bərabərliklə nəticələnən matç haqda fikirlərini bölüşüb. 

 

-    Bir qədər üzülürük. Həm hesaba görə, həm də Bilal Hamdinin qırmızı vərəqəsinə görə. Rəqibin düşdüyü situasiya bizim üçün əlverişli olmalı idi. Dünən də oyuna yaxşı başladıq, bu gün də. Yolumuz uzundu, qış fasiləsini səbrsizliklə gözləyirik.

 

-    Hamdiyə xəbərdarlıq olmamışdı ki, ehtiyatlı olsun? Axı, dünən artıq sarı vərəqəsi var idi...
-    Xəbərdarlıq etmişdik. Dünən ədalətli sarı vərəqə almışdı. Ancaq ikinci sarıyla razı deyiləm. Hakim bunu hiss etməsi üçün özü futbol oynamış adam olmalıdı. Mən fikirləşirəm ki, həmin toqquşma təbbi toqquşma idi. Həmin epizod vərəqəlik deyildi. Elə Adil Nağıyevə də ötən tur düzgün vərəqə verməmişdi.

 

-    Belə çıxır ki, hakimlərin sabiq futbolçular olmasının tərəfdarısınız?
-    Ümumiyyətlə, futbolda futbol oynamış insanlar nə qədər çox olsa, bir o qədər xeyirli olar.

 

-    Oyunun 2 günü əhatə etməsi işinizə ziyan vurdu?
-    Dünən komandam çox əzmkar və istəkli idi. Ancaq desək ki, dünən oyunu başa vursaydıq, başqa nəticə olardı, doğru olmaz. Bütün hallarda QƏbələyə 3 xal arxasınca gəlmişdik.

 

-    Budaq Nəsirov ötən oyunda özünü yaxşı tərəfdən göstərdi. Ancaq bu oyunda şans vermədiniz...
-    Ona güvənirəm. İnanıram əsas heyətin üzvünə çevriləcək.

 

-    Deyəsən, Qəbələni çox bəyəndiniz. Nə əcəb konfransa ikinci qatıldınız?
-    Deyəsən, Sənan Qurbanov məndən çox tələsir Bakıya (gülür). Mənə nə vaxt deyildisə, onda da gəldim. (Sport24.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin