Dünya çempionu Bakıya gəlir

Sportarena.az      4 Dekabr 2018, 10:56

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfər edəcək.


Sportarena.az xəbər verir ki, dekabrın 4-də Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək. Festival saat 11:00-da başlayacaq.


Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin