“Çelsi”də yeni müqavilə

15:26 4 Dekabr 2018

İngiltərənin “Çelsi” klubu futbolçusu Sezar Aspilikuetanın müqaviləsinin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, “zadəganlar” 29 yaşlı futbolçu ilə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 2012-ci ildə “Marsel”dən transfer edilən ispan futbolçu cari mövsümdə “Çelsi” formasıyla 18 qarşılaşmada iştirak edib və 3 məhsuldar ötürməylə yadda qalıb.

 

Aspilikueta 25 dəfə də İspaniya millisinin formasını geyinib.


Xəbər xətti