Klublar Komitəsində sədrlik ləğv olundu, yeni katib bəlli oldu

16:53 4 Dekabr 2018

AFFA-nın Klublar Komitəsinin idarəçilik sistemi dəyişib. 


Sportarena.az xəbər verir ki, buna komitənin bügünkü iclasında qərar verilib. Sədrlik sistemi katibliklə əvəzlənib. Dəyişiklik quruma üzv klubların təklifi əsasında reallaşıb. Komitənin yeni katibi bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur Hacı-Məhərrəmova həvalə olunub.


Qeyd edək ki, komitənin sonuncu sədri "Neftçi”in prezidenti Kamran Quliyev idi.


Digər xəbərlər

Xəbər xətti