Fransa çempionatında daha bir qarşılaşma təxirə salındı

20:17 4 Dekabr 2018

Matç dekabrın 8-də keçirilməli idi.

 

Sportarena.az xəbər verir ki, Futbol üzrə Fransa çempionatında keçiriləcək daha bir qarşılaşma təxirə salınıb. Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. Bildirilib ki, çempionatın XVII turunda keçirilməsi planlaşdırılan "Tuluza" - "Lion" matçı təyin olunan vaxtda oynanılmayacaq. Görüşün Tuluza şəhər rəhbərliyinin tələbindən sonra təxirə salındığı vurğulanıb.

 

Qeyd edək ki, matç dekabrın 8-də keçirilməli idi. Daha öncə Fransa çempionatında PSJ - "Monpelye" matçı eyni səbəbdən təxirə salınıb


Digər xəbərlər

Xəbər xətti