Hakimi söyən məşqçilərə 3 oyunluq cəza

22:31 4 Dekabr 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

Region Liqasında “Neftçala” – “Ərkivan” matçının 88-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Ədalət Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 89-cu dəqiqəsində “Neftçala”nın futbolçusu Vüqar Səlimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-16 Liqasında “Zirə” – “Neftçi” İK İB matçının 68-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Cəfər Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanın.


U-13 Liqasında “Hacıqabul Şərq” – “Ağsu” matçında “Ağsu”nun baş məşqçisi Sönməz Quliyev hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.


U-12 Liqasında “Neftçi” İK İB – “Sahil” FA matçında “Neftçi” İK İB klubunun baş məşqçisi Tural Kərimov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.


Yüksək qızlar Liqasında “Zaqatala” – “Qəbələ” matçında “Zaqatala”nın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Oyunun 44-cü dəqiqəsində “Zaqatala”nın məşqçisi Ceyhun Zurabov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

Yüksək qızlar Liqasında “8 №-li İOEUGİM” – “Zaqatala” matçının 85-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Aysun Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti