"Şaxtyor" - "Lion" matçının yeri dəyişdirildi

12:32 5 Dekabr 2018

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Şaxtyor" (Donetsk) - "Lion" görüşünün məkanı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi Xarkovda yox, Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq. Ölkənin bəzi bölgələrində tətbiq edilən hərbi vəziyyətə görə bu qərar verilib.

 

"Şaxtyor"- "Lion" oyunu dekabrın 13-ü keçiriləcək.

 

Qeyd edək ki, bundan əvvəl eyni səbəbdən  "Vorskla" - "Arsenal" görüşünün yeri dəyişdirilmişdi.


Xəbər xətti