Azərbaycan kubokunun 1/8 final mərhələsi rəqəmlərin gözü ilə

14:45 5 Dekabr 2018

Bu həftə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək. 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq.

 

 

Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı cütlərin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edib. Üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb.

 

 

Azərbaycan kuboku

1/8 final

6 dekabr

 

1. “Ağsu” - “Sabah” - indiyədək qarşılaşmayıblar

 

2. “Şüvəlan” -  “Keşlə” - 2 oyun, +0=1-1, top fərqi 0-1

Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 2010/11 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda qarşılaşıb. Cütün taleyini həmin vaxt “İnter” adlanan “Keşlə”nin vurduğu 1 qol həll edib.

 

2010/11 1/2 final İnter  (Bakı) - AZAL  (Bakı) 0:0, 1:0 


3. “Qaradağ Lökbatan” - “Sumqayıt” - indiyədək qarşılaşmayıblar

 

4. “Kəpəz” - “Səbail” - indiyədək qarşılaşmayıblar.


Xəbər xətti