2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda çıxış etmək istəyən klublar müəyyənləşib

15:29 5 Dekabr 2018

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak üçün AFFA-ya müraciət edən klubların adları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Report”a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. Onun sözlərinə görə, hazırda Premyer Liqa və I Divizionda yer alan bütün klublar elitada çıxış etmək üçün ərizə veriblər: “Ümumilikdə 15 klub - Premyer Liqadan “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Sabah”, “Səbail”, “Keşlə”, “Sumqayıt” və “Zirə”, I Diviziondan isə MOİK, “Şüvəlan”, “Zaqatala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Kəpəz” və “Ağsu” müraciət edib”.

S.Hacıyev bildirib ki, Premyer Liqanın 7 klubu növbəti mövsüm avrokubokda çıxış etmək üçün ərizə verib. “Sabah” klubu isə fəaliyyətinin 3 ili tamam olmadığı üçün qitəmiqyaslı turnirlərə qatıla bilməz. 


Digər xəbərlər

Xəbər xətti