"Qarabağ" azarkeşləri "Arsenal"la oyun üçün 500 bilet aldı

17:15 5 Dekabr 2018

“Qarabağ”ın Avropa Liqasının IV turunda “Arsenal” ilə səfər oyununda Ağdam təmsilçisinin azarkeşləri üçün nəzərdə tutulan biletlərin hamısı satılıb.

 

Sportarena.az xəbər verir ki, ümumilikdə sayı 500 olan biletlər iki kateqoriya bölünüb. 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan alınıb.

 

Matç dekabrın 13-də Londondakı “Emireyts” stadionunda keçiriləcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti