Futvolleyçilərimiz beynəlxalq turnirdə iştirak edəcək

23:18 5 Dekabr 2018

2019-cu ilin yanvar ayının 3-dən 6-dək Niderlandın Qroningen şəhərində futvolley üzrə beynəlxalq turnir keçiriləcək.

 

 

Azərbaycan Futvolley Federasiyasının (AFF) mətbuat xidmətindən Sportarena.az-a bildirilib ki, yarışda 16 ölkədən 22 komanda mübarizə aparacaq. Turnirdə yaxın keçmişdə dünyanın məşhur futbolçularından olan Frank De Bur da yarışacaq. Digər tanınmış futbolçuların iştirakı da istisna deyil.

 

Beynəlxalq turnirdə Azərbaycan komandası Fəyyar Hüseynov və Namiq İsgəndərovla təmsil olunacaq.

 

Qeyd edək ki, yarışdan öncə Avropa Futvolley Federasiyasının yekun illik iclası keçiriləcək. Tədbirdə AFF-nin baş katibi Əfqan Həmzəyev də iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti