U-16 Liqası: Mərkəzi oyun “Neftçi Baza”da

Sportarena.az      6 Dekabr 2018, 00:25

Dekabrın 6-7-də U-16 Liqasında 11-ci turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, turun mərkəzi oyununda “Sabah”la “Keşlə” üz-üzə gələcək. Turnir cədvəlində uyğun olaraq 3 və 1-ci yerlərdə qərarlaşan, eyni zamanda aralarında cəmi 2 xal fərqi olan komandaların görüşü hər iki tərəf üçün olduqca böyük əhəmiyyət kəsb edir. Komandalar oyuna optimal heyətlə çıxacaqlar. Heyətlərdə zədəli və cəzalı futbolçu yoxdur. “Keşlə” bu tura kimi məğlubiyyət acısı yaşamayıb. “Sabah” “Keşlə”ni məğlub edə biləcəkmi? Lider dəyişəcəkmi? Yoxsa, komandalar heç-heçə etməklə 2-ci pillədəki “Qəbələ”nin liderliyə yüksəlməsinə imkan yaradacaqlar? Bu suallara son çempionla indiki liderin oyunu başa çatdıqdan sonra aydınlıq gələcək.

 

 

11-ci turun təqvimi aşağıdakı kimidir:

 

06 dekabr (cümə axşamı)

13:00 «Sabah» - «Keşlə» («Neftçi Baza»)

13:00 «Səbail» - «Qarabağ» («Bayıl Arena»)

13:30 «Neftçi» - ROİL («Dalğa Arena», yardımçı meydan)

14:00 İsgəndər Cavadov BFA – «Zirə» (Abşeron OİK-nin meydanı)

14:00 «Turan Tovuz» - Gəncə TİM (Tovuz şəhər stadionu)

15:00 «Viləş» - «Qəbələ» (Şamaxı OİK-nin meydanı)

 

07 dekabr (cümə)

14:00 «Neftçi» İK İB – «Sumqayıt» (Lökbatan OİK-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Arif Məmmədov («Səbail»), Şahin Cavadov («Viləş»).

 

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 13 qol, Rauf Ağasənov («Səbail») – 11 qol.

 

"Het-trik news"

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin