Millimizin elit-raunddakı rəqibləri müəyyənləşdi

14:54 6 Dekabr 2018

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, püşk zamanı C səbətində yer alan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Millimiz 1-ci qrupda İrlandiya, Rusiya və Ruminiya ilə qarşılaşacaq.

 

 

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda oynanılacaq final mərhələsinə yüksələcək.


Digər xəbərlər

Xəbər xətti