"Neftçi"nin legioneri futbola satıcı və fəhləlikdən gəlib

13:04 6 Dekabr 2018

"Neftçi"nin hücumçusu Dario Frederikonun futbolu valideynlərinin tələbi ilə seçdiyi məlum olub.

 

Sportarena.az xəbər verir ki,braziliyalı forvarda 18 yaşında ikən ultimatum gəlib. Valideynləri ona "Ya futbolu seçməlisən, ya da ənənəvi işləri" deyib. Supermarketdə bir neçə ay işlədikdən sonra Dario "Korintians"ın oyunçusu olaraq, valideynlərinin arzusunu gerçəkləşdirib.

Qeyd edək ki, Dario Frederiko tikintidə də işləyib. O, "Korintians"dan əvvəl "Union San-Juan" klubunda baxışda olub. "Sambaçı"nın ilk peşəkar klubu isə "Flamenqo" olub. Frederiko Azərbaycanda legioner həyatına 2015-ci ildə "Kəpəz"də başayıb. "Neftçi"yə isə o, 2018-ci ilin yayında Cənubi Koreya "Seonqam"ından keçib. 


Digər xəbərlər

Xəbər xətti