Milli komandamız Almaniyaya rəqib oldu

Sportarena.az      6 Dekabr 2018, 13:35

Bu gün 17 yaşadək futbolçular arasında "AVRO-2020"nin seçmə mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Millimiz Almaniya, Yunanıstan və Qazaxıstanla birlikdə 9-cu qrupa düşüb.

 

Qeyd edək ki, final mərhələsi Estoniyada keçiriləcək yarışda 52 komanda seçmə mərhələdən mübarizəyə qoşulacaq. Bu yığmalar 13 qrupa bölünüb. İspaniya və İngiltərə birbaşa elit-raunddan mübarizəyə start verəcək.

 

Seçmə mərhələ 2019-cu ilin payızında keçiriləcək. Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında 4 ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq.

 

1-ci qrup: Belçika, Polşa, Makedoniya, Lixtenşteyn.

2-ci qrup: İtaliya, Türkiyə, Şimali İrlandiya, Lüksemburq.

3-cü qrup: İrlandiya, İsrail, Monteneqro, Andorra.

4-cü qrup: İsveç, Danimarka, Farer adaları, Litva.

5-ci qrup: Fransa, Slovakiya, Cənubi Kipr, Cəbəllütariq. 

6-cı qrup: Serbiya, Macarıstan, Belarus, Latviya.

7-ci qrup: Şotlandiya, Xorvatiya, İslandiya, Ermənistan.

8-ci qrup: Portuqaliya, Ukrayna, Gürcüstan, Albaniya.

9-cu qrup: Almaniya, Yunanıstan, Azərbaycan, Qazaxıstan. 

10-cu qrup: Rusiya, İsveçrə, Rumıniya, San-Marino.

11-ci qrup: Bosniya və Hersoqovina, Çexiya, Finlandiya, Moldova. 

12-ci qrup: Hollandiya, Sloveniya, Uels, Kosovo.

13-cü qrup: Avstriya, Norveç, Bolqarıstan, Malta.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin